QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistana qarşı real təzyiq mexanizmi işə salınmalıdır

© Sputnik / Talib BarkhudayevZahid Oruc
Zahid Oruc - Sputnik Azərbaycan
Abunə olmaq
Zahid Oruc: Qarabağ münaqişəsi ilə bağlı hər hansı beynəlxalq təşkilatın qəbul etdiyi sənədlər və ya qərarlar Azərbaycanın informasiya müharibəsində üstünlüyünü sübut etsə də, çox təəssüflər olsun ki, bunların probelmin həllində real hüquqi gücü yoxdur.

BAKI, 10 noy — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı beynəlxalq təşkilatın qəbul etdiyi siyasi aktlar, sənədlər və ya qərarlar Azərbaycanın informasiya müharibəsində üstünlüyünü sübut etsə də, çox təəssüflər olsun ki, bunların probelmin həllində real hüquqi gücü yoxdur.

Bu fikri millət vəkili Zahid Oruc Sputnik-ə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT MQ-nin formatı haqqında səsləndridiyi fikrə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli real olaraq hərbi və iqtisadi mexanizmləri tətbiq etməklə mümkündür: “Bunun üçün beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün real təzyiq mexanizmini işə salmalıdır. Əks təqdirdə qəbul edilən sənədlərin Qarabağ münaqişəsinin həllinə elə də təsiri olmayacaq.”

Millət vəkili hesab edir ki, bunun üçün BMT-nın real mexanizmləri və hüquqi əsası var: “BMT Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in mandatı əsasında sülh aktını qəbul edir və lazım gələrsə hərbi qüvvələr də formalaşdırır və Ermənistan sülhə məcbur edilir. BMT Nizamnaməsinin 5-ci maddəsi buna əsas verir. Bu maddəyə əsasən zorən sülh planı işə düşür. Əks təqdirdə qəbul edilən qərarlar BMT TŞ-nin qəbul etydiyi 4 qətnamənin silsilə davamı olacaq.”

Zahid Oruc onu da əlavə edib ki, Azərbaycanın hazırkı dönəmdə Ruisya ilə olan münasibətləri də buna nail olmağa imkan verir.

Xəbər lenti
0