Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiselyov: Qərbin tənqidi İlham Əliyevin müstəqil siyasəti ilə bağlıdır

© Sputnik / Владимир Трефилов / Mediabanka keçidФорум европейских и азиатских медиа 2015
Форум европейских и азиатских медиа 2015 - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycana qarşı informasiya müharibəsinin səbəbi onun müstəqil və suveren siyasət yeritməsidir. Bunu Avropa və Asiya Media Forumunda çıxış edən “Rossiya Seqodnya” İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov deyib.

BAKI, 10 noy — Sputnik. Azərbaycana qarşı informasiya müharibəsinin səbəbi onun müstəqil və suveren siyasət yeritməsidir.

APA-nın verdiyi məlumata görə, bunu Avropa və Asiya Media Forumunda çıxış edən “Rossiya Seqodnya” İnformasiya Agentliyinin baş direktoru, tanınmış jurnalist Dmitri Kiselyov deyib.

Onun sözlərinə görə, Qərb dairələri tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin və mənfi münasibətin əsas səbəbi prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin müstəqil siyasət yeritməsidir: "Azərbaycan günü-gündən inkişaf edir. Onun Avropaya inteqrasiya və NATO-ya qoşulmama siyasəti Qərb tərəfindən qəbul edilmir. Bu gün Azərbaycan əksər Avropa ölkələrindən daha müstəqil və suveren xarici siyasət yürüdür. Baxaq Avropa ölkələrinə, Böyük Britaniyaya… Bu ölkələr belə demək mümkünsə ABŞ-ın ayaqları altına uzanıblar. Bu ölkələrin xarici siyasətində ABŞ-ın mövqeyi əsas götürülür. Azərbaycan isə bu ölkələrdən fərqli olaraq müstəqil xarici siyasət yürüdür və ona görə də bir çox hallarda Qərbin haqsız təzyiqlərinə məruz qalır".


Xəbər lenti
0