Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Artıq Rusiyaya getmək elə də asan olmayacaq

© macky_chФлаг России
Флаг России - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun layihəsi hazırlanır və yaxın vaxtlarda Rusiya Dövlət Dumasına təsdiq olunması üçün veriləcək.

BAKI, 10 noy – Sputnik. Bundan sonra Rusiyaya vizasız gələn əcnəbilər məcburi şəkildə daktiloskopiyadan keçməlidir. Bunu jurnalistlərə açıqlamasında "Ədalətli Rusiya" fraksiyasının rəhbər müavini Mixail Mironov deyib.

Onun sözlərinə görə hazırda bu istiqamətdə qanun layihəsi hazırlanır və yaxın vaxtlarda Rusiya Dövlət Dumasına təsdiq olunması üçün veriləcək.

Layihəyə görə, Rusiyaya vizasız gələn əcnəbi vətəndaşlar məcburi şəkildə daktiloskopiyadan keçməlidir.

"Bu qanun layihəsi ölkəmizə vizasız gəlməyə icazə olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub. Əgər qanun qəbul olunarsa bu bizə terrorizmlə mübarizədə yardımçı olacaq. Əcnəbilər Rusiya Federasiyasına ayaq basan kimi məcburi şəkildə daktiloskopiyadan keçməlidir", deyə Mironov əlavə edib.

Xəbər lenti
0