QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ müharibəsi başlaya bilər

© sputnik.azPolitoloq Elman Nəsirov
Politoloq Elman Nəsirov - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: 2015-ci il münaqişənin nizamlanması istiqamətində ən uğursuz illərdən biridir.

BAKI, 10 noy-Sputnik. Moskva yaxşı anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu vəziyyətdə davam edə bilməz və istənilən an atəşkəs rejimi genişmiqyaslı müharibə ilə əvəzlənə bilər.

Bunu Sputnik-ə açıqlamasında politoloq Elman Nəsirli Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinin yekununu şərh edərkən deyib.
Onun sözlərinə görə, Lavrovun İrəvan səfərində apardığı əsas müzakirələr içərisində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması diqqət mərkəzində olan məsələlərdən biri idi.

"Moskva yaxşı anlayır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində aparılan danışıqlar artıq dalana dirənib. 2015-ci il münaqişənin nizamlanması istiqamətində ən uğursuz illərdən biri hesab oluna bilər. Əgər 2014-cü ildə prezidentlər səviyyəsində 3 görüş olmuşdusa, 2015-ci ildə heç bir görüş olmayıb. Atəşkəs rejiminə riayət olunmur və Ermənistan tərəfi artıq iriçaplı sılahlarla atəşkəsi pozur. Belə olan halda isə heç kim təminat verə bilməz ki, müharibə baş verə bilməz. Bunun üçün artıq zəmin var və bu, hər an başlaya bilər. Ona görə də Rusiya prosesdə müəyyən aktivlik nümayış etdirməklə ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə nail olmalıdır", deyə politoloq əlavə edib.

Xəbər lenti
0