QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ceyms Uorlik: NATO Qarabağ probleminin həllində heç bir rol oynamır

© realtv.azCeyms Uorlik
Ceyms Uorlik - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı həmsədr: Danışıqlar tanınmış beynəlxalq hüquq formatları səviyyəsində aparılmalıdır ki, bununla da ATƏT-in Minsk Qrupu məşğuldur.

BAKI, 6 noy — Sputnik. Şimali Atlantika alyansı Qarabağ probleminin həllində heç bir rol oynamır.

Sputnik xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz  “Nato həftəsi” çərçivəsində İrəvanda keçirilən toplantıda deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ancaq danışıqlar yolu ilə həll oluna bilər.

“Danışıqlar tanınmış beynəlxalq hüquq formatları səviyyəsində aparılmalıdır ki, bununla da ATƏT-in Minsk Qrupu məşğuldur. ATƏT MQ hər iki ölkənin hakimiyyəti ilə bu istiqamətdə danışıqlar aparır”, — deyə amerikalı diplomat qeyd edib.

Xəbər lenti
0