BAKI, 6 noy — Sputnik. "Biz Rusiyanın daha da güclənməsinə imkan verməməliyik". Bunu NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.
Portuqaliyada keçirilən NATO-nun hərbi oyunlarında iştirak edən baş katib, Rusiyanın Avropa sərhəddində, o cümlədən Aralıq dənizində güclənməsinin çox təhlükəli olduğunu deyib.
Stoltenberq Rusiyanın Baltik dənizindən Aralıq dənizinədək hərbi mövcudluğunu artırmasına müqavimət göstərməyin vacib olduğunu söyləyib.