BAKI, 3 noy — Sputnik. Moskvada 10 noyabr tarixində “Rossiya segodnya” Beynəlxalq informasiya agentliyi tərəfindən Avropa və Asiya media təşkilatlarının forumu təşkil olunacaq. Builki forum “Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq” mövzusunda keçiriləcək.
Forumda keçmiş 14 postsovet ölkəsinin (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Litva, Rusiya, Tacikistan, Ukrayna, Estoniya) nüfuzlu və populyar KİV-lərinin, teleradioşırkətlərinin və internet resursalırının rəhbərləri, məşhur jurnalistlər və media ekspertləri iştirak edəcək.
Forumun əsas müzakirə mövzusu keçmiş SSRİ ölkələrinin KİV-lərinin fərqli sosial və siyasi proseslər şəraitində əməkdaşlığı məsələləri olacaq. Tədbir iştirakçıları media və iqtidar arasında dialoq və Avrasiyada inteqrasiya prosesləri çərçivəsində informasiya mübadiləsi məsələlərinə xüsusi diqqət ayıracaqlar. Müasir informasiya müharibələri, onların nəticələri və informasiya kanalları vasitəsi ilə yayılan təhdidlərə qarşı mexanizmlərin axtarışı müzakirələri daha aktual edir.
Səkkizinci Avropa və Asiya media təkilatlarının forumu Rusiya media rəhbərlərinin və tanınmış jurnalistlərinin istirakı ilə keçiriləcək plenar iclasla açılacaq. Forum çərçivəsində üç mövzu üzrə ayrıca diskussiyalar təşkil olunacaq: “Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq”, “Avrasiya informasiya məkanı”, “Mediaindustriya: auditoriyanı və imici necə qorumalı”.
KİV nümayəndələrinin tədbirə qeydiyyatı “Rossiya seqodnya” BİA-nın media mərkəzinin rəsmi saytında həyata keçirilir.
Avropa və Asiya media təşkilatlarının forumu postsovet məkanında analoqu olmayan, MDB, Gürcüstan və Baltikyanı ölkələrin mütəxəssislərinin media sahəsinin tendensiyaları və inkişafının proqnozlaşdırılması üzrə məsələlərinin müzakirəsi üçün təşkil edilən meydançadır.
Forum 2006-cı ildən keçirilir. Öncəki forumlar Moskva, Kiyev, Astana, Minsk şəhərlərində təşkil edilib.
2011-ci ildə Astanada keçirilən forum iştirakçılarına Rusiya və Qazaxstan prezidentləri Dmitriy Medvedevin və Nursultan Nazarbayevin müraciəti olmuşdu. Minskdə 2012-ci ildə Belarus lideri Aleksandr Lukaşenko MDB baş redaktorlar klubunun üzvləri ilə görüşmüşdü.
Bu ilki forum ənənələri davam etdirərək açıq dialoq və təcrübə mübadiləsi üçün imkanlar yaradacaq.
Sputnik (sputniknews.com) onlarla ölkədə multimediya və informasiya mərkəzləri işləyən beynəlxalq xəbər agentliyi və radiodur. Sputnik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir.