Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qəzaya uğrayan təyyarə barədə şok məlumat

© Sputnik / Максим Блинов / Mediabanka keçidСамолет аэробус А-321
Самолет аэробус А-321 - Sputnik Azərbaycan
Abunə olmaq
Misirdə qəzaya uğrayan Rusiya məxsus Airbus A321 təyyarənin qəzaya uğraması ilə bağlı bəzi sensasion məlumatlar ortaya çıxıb.

BAKI, 3 noy — Sputnik. Misirdə qəzaya uğrayan Rusiya məxsus Airbus A321 təyyarənin qəzaya uğraması ilə bağlı bəzi sensasion məlumatlar ortaya çıxıb.

Sputnik xarici mətbuata istinadən xəbər verir ki, təyyarə qəzaya uğramamışdan 4 dəqiqə öncəyədək heyətlə normal əlaqə olub texniki problem barədə məlumat verilməyib. Bu fakt sübut edir ki, təyyarənin qəzaya uğrmasında hər hansı texniki nasazlıq rol oynamayıb. Bütün yazılar var və ekipaj texniki problem olması barədə mərkəzi dispetçer qovşağına hər hansı məlumat verməyib.

Təyyarə radardan itdikdən sonra uçuşa uyğun olmayan səsələr eşidilir. Bu səslərin olmasına baxmayaraq ekipaj hər hansı fəlakət haqqında siqnal verməyib. Sadəcə ekipajın gözləmədiyi halda təyyarənin radardan itməsi ani bir vaxtda baş verib və ona görə də mərkəzi siqnal ötürə bilməyib.

Qeyd edək ki, oktyabrın 31-də Şarm əş Şeyx — Sankt-Peterburq reysini həyata keçriən "Kogalımavia" çirkətinə məxsus Airbus A 321 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin bortunda 217 sərnişin olub ki, bunun 25-i uşaq imiş.

Xəbər lenti
0