Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İŞİD-çilər ölümdən qurtuldular

© Sputnik / Mokhamad MarufİŞİD bazarda partlayış törədib
İŞİD bazarda partlayış törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Ramzan Kadırov İŞİD tərəfindən ələ alınaraq ona qarşı sui-qəsd törətmək istəyən 20-dən artıq insanı bağışlamaq qərarına gəlib.

BAKI, 3 noy — Sputnik. Ramzan Kadırov İŞİD tərəfindən ələ alınaraq ona qarşı sui-qəsd törətmək istəyən 20-dən artıq insanı bağışlamaq qərarına gəlib.

Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, Çeçenistan rəhbərinə qarşı sui-qəsd hadisəsi törətmək cəhdi olub və bunun qarşısı alınıb.

Kadırov bu şəxslərin gəncliyini nəzərə alaraq əfv edib. 

“İstəyirəm onlar öz səhvlərini başa düşsünlər və tərbiyələnsinlər. Onlara bu şansı verdim”, — deyə Kadırov vurğulayıb.

Terrorist qruplaşma arasında hətta Kadırovu dəstəkləyən şəxslərin övladları və yaxın qohumları olub.

Çeçenistanın Arqun şəhərində saxlanılan potensial terrorostlərlə görüş 5 saatadək davam edib. Görüşdə saxlanılanların valideynləri və yaxınları iştirak edib. Saxlanılan şəxslərin yaxınları   Kadırovu əmin ediblər ki, onlar bundan sonra gənclərə ciddi nəzarət edəcəklər. Saxlanılan gənclər də onları əfv etdiyinə görə Kadırova minnətdarlığını bildiriblər.

Xəbər lenti
0