Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN DTİHB-nin Azərbaycanla bağlı qərarından təəccüblənib

© macky_chФлаг России
Флаг России - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitutu Azərbaycanda keçirilən parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtina etməsi çox təəccüblüdür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin deyib.

BAKI, 2 noy — Sputnik. "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitutu Azərbaycanda keçirilən parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtina etməsi çox təəccüblüdür”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin deyib. 

"İndiyədək hər zaman danışıqlarda həll yolunu tapmaq mümkün olub. DTİHB-lə bağlı vəziyyət isə olduqca qəribə görünür. Məsələn, Almaniyaya seçkiləri müşahidə etmək üçün iki ekspert getmişdi, Qırğızıstandakı seçkiləri müşahidə etməyə isə 600 nəfərə yaxın müşahidəçi göndərmək istəyirdilər. Eyni şeylər Belarusdakı seçkilərə də aiddir. Azərbaycanda keçirilən seçkilərə münasibətdə isə qalmaqal baş verdi. DTİHB rəhbərliyi ora qeyri-mütənasib sayda müşahidəçi göndərmək arzusunda olduğunu bildirdi. Azərbaycan tərəfi isə məhdud sayda missiyanı qəbul edəcəyini açıqladı. Belə vəziyyət keçmişdə də olub. Burada yeni heç nə yoxdur. Çox ölkələr deyir ki, onlara çatışmazlıqları axtarmaqla məşğul olan minlərlə müşahidəçilər lazım deyil. Bu adi işdir. Azərbaycan tərəfi dedi ki, yox, gəlin razılaşaq. Lakin nədənsə DTİHB rəhbərliyi səfərdən imtina etmək haqqında anlaşılmayan qərar qəbul etdi”, — deyə o vurğulayıb.

A. Kelin qeyd edib ki, DTİHB standartları heç də qızıl deyil və bu standartlar olduqca sərbəst tövsif edilir, halbuki bütün ölkələr üçün müşahidə qaydaları dəqiq və aydın olmalıdır.

Xəbər lenti
0