Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ekspert: Keçirilən seçkilərin nəticələri xalqın iradəsini əks etdirir

© Sputnik. Севда БабаеваСергей Марков
Сергей Марков - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycanda keçirilən parlament seçkilərin nəticələri xalqın iradəsini əks etdirir”, – bunu bazar ertəsi Bakida keçirilən mətbuat konfransında Beynəlxalq əməkdaşlıq üzrə Rusiya İctimai palatasının komissiya sədri Sergey Markov deyib.

BAKI, 2 noy – Sputnik. “Azərbaycanda keçirilən parlament seçkilərin nəticələri xalqın iradəsini əks etdirir”, – bunu bazar ertəsi Bakida keçirilən mətbuat konfransında Beynəlxalq əməkdaşlıq üzrə Rusiya İctimai palatasının komissiyasının sədri Sergey Markov deyib.

“Biz bu seçkiləri vicdanlı, ədalətli və xalqın iradəsini ifadə edən olaraq qiymətləndiririk”, – deye Markov vurğulayıb.

Onun sözlərinə görə, xalq “Yeni Azərbaycan” partiyasını dəstəklədi, cünki o, prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir.

Markov qeyd edib ki bunun bir sıra səbəbləri var. Politoloqun sözlərinə görə, xalq son 20 il ərzində dövlət başçısının apardığı siyasətin nəticələrini görür. Ölkədə yaşayış səviyyəsi digər postsovet ölkələrdən daha üstündür. 

“Rusyada biz Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli gücləndirilməsinin tərəfdarıyıq”,  – deyə Markov deyib.

Politoloq ATƏT DTİHB-in Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməsindən imtinasını şərh edərkən vurğulayıb ki, bu təşkilat mütəmadi olaraq saxtalaşdıran seçkiləri müşahidə kimi özünü göstərib və kimlərinsə siyasi sifarişini yerinə yetirir.

“Onlar hazır hesabatlarla gəlirlər. Kim bu hesabatları yazır, məlum deyil. Amma bizdə şübhə var ki, onlar xüsusi xidmət əməkdaşları tərəfindən yazılır”, – deyə Markov bildirib.

Öz növbəsində, altıncı çağırış Dövlət Dumasının deputatı, "Vahid Rusiya" fraksiyasının üzvü Aleksandr Sidyakin vurğulayıb ki Azərbaycan parlamentinə seçkiləri yüksək səviyyədə keçib.

“İnsanlar təzyiqlərə, ayrı-seçkiliyə məruz deyildilər, seçkilərə sərbəst şəkildə gəlmişdilər ki öz iradəsini ifadə etsinlər”, – deyə Sidyakin bildirib.

Onun sözlərinə görə, Azərbaycanda gedən proseslər vətəndaşların, cəmiyyətin və demokratiyanın inkişafına, həyatın yaxşılaşdırılmasına yönəldilib.

 

Xəbər lenti
0