BAKI, 31 okt — Sputnik. Rusiyanın “Life News” agentliyi Misirdə qəzaya uğramış “Koqolımavia” şirkətinə məxsus təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını əldə edib.
Sputnik-in məlumatına görə, siyahıda 210 nəfərin adı yer alıb. Onlar arasında azərbaycanlı soyadı yoxdur.
Bu arada RİA Novosti təyyarənin qalıqları altından insan səslərinin eşidildiyini yazıb.
Hadisə ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyində “qaynar xətt” yaradılıb.
Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.
Qeyd edək ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçurmuş.