Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Maksim Şevçenko: Seçkilər müasir Azərbaycan tarixində yeni imtahandır

© Sputnik / Aleksandr Shalgin / Mediabanka keçidМаксим Шевченко
Максим Шевченко - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament seçkiləri Azərbaycanın müasir tarixində yeni imtahan olacaq. Rusiyalı jurnalist, Rusiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Maksim Şevçenko Secki-2015.az saytına açıqlamasında belə deyib.

BAKI, 29 okt — Sputnik. Parlament seçkiləri Azərbaycanın müasir tarixində yeni imtahan olacaq. Rusiyalı jurnalist, ictimai-siyasi xadim, Rusiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Maksim Şevçenko Secki-2015.az saytına açıqlamasında belə deyib.

O bildirib ki, çətin geosiyasi vəziyyətdə, həmçinin ərazilərinin 20 faizinin işğalına baxmayaraq, Azərbaycan inkişaf edir: "Mənə elə gəlir ki, Azərbaycan xalqı bu dəfə də müdrik seçim edəcək".

Qərbin seçkiöncəsi Azərbaycana qarşı təzyiq cəhdlərinə gəlincə, rusiyalı jurnalist bildirib ki, bu, Moskva ilə Bakı arasında müşahidə olunan siyasi yaxınlaşmadan yaranan qıcıqlanmanın nəticəsidir. “Qərb bu yaxınlaşmadan çox narahatdır. Amma rəsmi Bakının Qərbin nazı ilə oynamaq niyyəti yoxdur. Azərbaycan rəhbərliyi başa düşür ki, Qərb bu ölkənin ən başlıca probleminin həllində maraqlı deyil. Dağlıq Qarabağ münaqişəsi isə Qərb üçün demək olar, xal toplamaq üçün vasitədir”,- deyə M.Şevçenko vurğulayıb.

Xəbər lenti
0