BAKI, 28 okt — Sputnik. Suriyada İŞİD-ə qarşı mübarizə aparan koalisiyada iştirak etmək üçün Rusiyaya “qapılar açıqdır”.
Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Eşton Karter deyib.
“Biz Rusiyanın Suriyadakı münaqişənin həllinə pozitiv tohfə verməsi üçün qapıları onun üzünə açıq saxlayacağıq”, deyə o bildirib.
Karter, bununla belə qeyd edib ki, amerikalı hərbçilər Rusiyanın beynəlxalq koalisiyanın Suriyadakı əməliyyatlarına mane olmasına və ya onun kursuna təsir etməsinə imkan verməyəcəklər.