BAKI, 27 okt — Sputnik. “Hazırda hərbi əməliyyatlar dayandırılıb. Bununla belə, Azərbaycanla Ermənistan arasında iqtisadi fərq daha da böyüyür”. Secki-2015.az-ın xəbərinə görə, bunu Rusiya üzrə ekspert, Harvard Universitetinin professoru Timoti Kolton “Vestnik Kavkaza” saytına bildirib.
Ekspertin fikrincə, Azərbaycanın iqtisadi imkanları daha böyükdür, əhalisi isə Ermənistan əhalisinin sayından 3 dəfə çoxdur. Azərbaycan rəhbərliyi torpaqların hərbi güc yolu ilə qaytarılmasından söhbət açır. Bu vəziyyətdə NATO üzvü olan Türkiyə də Azərbaycana dəstək verə bilər. ABŞ isə münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Müharibə isə ən son variantdır.