BAKI, 27 okt — Sputnik. ATӘT-in Minsk qrupunun həmsədrləri bu gün separatçı Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə görüşəcəklər.
Sputnik-in məlumatına görə, bu barədə qrupun amerikalı həmsədri Ceyms Uorlik "twitter" hesabında yazıb. O, daha sonra həmsədrlərin təmas xəttini keçəcəklərini qeyd edib.
Xatırladaq ki, həmsədrlərin regiona səfəri ötən gün başlayıb. Onlar Ermənistan rəhbərliyi ilə görüşlərdən sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gediblər. Həmsədrlərin Bakıya səfəri və Azərbaycan rəhbərliyi ilə görüşləri sabaha planlaşdırılır.