QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentlərin görüşü Ermənistandakı referendumdan asılıdır

© realtv.azCeyms Uorlik
Ceyms Uorlik - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT Minsk Qrupu həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyi planlaşdırırlar.

BAKI, 26 okt — Sputnik. ATƏT Minsk Qrupu həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyi planlaşdırırlar.

Sputnik xəbər verir ki, bu sözləri ATƏT MQ-nin amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, biz ilin sonunadək hər iki ölkə başçısını görüşdürmək niyyətindəyik. “Elə İrəvan və Bakıya bu  dəfəki səfər proqaramında bir məsələ var və o da ölkə başçılarının görüçünün təşkilini müzakirə etməkdir”, — deyə amerikalı diplomat vurğulayıb.

Diplomat onu da əlavə edib ki, dekabrın əvvəlində Ermənistanda referendumdur və görüşün qrafiki də bundan asılı olacaq:  “Prezidentlərin görüşü Ermənistandakı referendumdan sonra ola bilər, yəni ilin sonunda belə bir görüş reallaşa bilər.”

Amerikalı diplomat eyni zamnda münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin sürətləndirilməsinin vacibliyni qeyd edərək bildirib ki, prezidentlərdən aşağı səviyyədə bu proses aktiv formada davam etdirilməlidir: “Bunu İşçi qrup səviyyəsində və lazım olarsa xalq diplomatiyası layihəsi çərçivəsində həyata keçirmək olar. Biz həmsədrlər olaraq bu prosesə dəstək verməyə hazırıq”.

Xəbər lenti
0