BAKI, 24 okt-Sputnik. Suriya təxirə salmadan parlament və prezident seçkilərinə hazırlaşmalıdır".
Sputnik xəbər verir ki, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
O qeyd edib ki, artıq Suriyada siyasi prosesin irəliləməsi tendensiyası sezilməkdədir. Lavrov gələcəkdə suriyalıların xarici ölkələrin təsiri ilə danışıqlar masası arxasına keçəcəyinə ümid etdiyini deyib. "Buna baxmayaraq, münaqişədə iştirak edən xarici qüvvələr Suriya vətəndaşlarının əvəzinə siyasi məsələləri həll etmək iqtidarında deyillər." — Rusiya XİN-in başçısı bəyan edib.
Lavrov onu da bildirib ki, Moskva Suriya ilə bağlı addımların koordinasiya edilməsi məsələsində Vaşinqtonla əməkdaşlığa açıqdır.