BAKI, 23 okt – Sputnik. Rusiyanın "Kommersant" qəzeti Suriya prezidenti Bəşər Əsədin yaxın günlərdə vəzifədən gedəcəyini bəyan edəcəyi ilə bağlı açıqlama yayıb.
Ölkədə vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana xaricə ilk səfərini Rusiyaya gerçəkləşdirən Bəşər Əsədin yaxın zamanda əhəmiyyətli bəyanat verəcəyi iddia edilib.
Prezident Vladimir Putinlə Bəşər Əsəd arasında keçirilən görüşün detallarını ələ keçirən "Kommersant "qəzeti Əsədin yaxın günlərdə istefa verəcəyinin dəqiq olduğunu yazıb.
Qəzetin məlumatına görə, Əsəd Putinlə 3 saat davam edən görüşdən sonra vəzifədən getməyə razı olub. Onu bu qərara Putinin razı saldığı bildirilib.