BAKI, 23 okt — Sputnik. "İŞİD terror təşkilatı təkcə Yaxın Şərq üçün təhdid deyil. Bu şəbəkə Əfqanıstanın şimalında, Türkmənistan və Tacikistan sərhəddində də düşərgələr qurur". Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Vəziyyətin təhlükəli həddə çatdığını bildirən nazirlik, Əfqanıstanın 1980-ci illərdən etibarən terrorçu qrupların yaranması üçün əlverişli zəmin halına gəldiyinə diqqət çəkib.
Xarici İşlər nazirliyinin açıqlamasında, sərhəddəki terror düşərgələrinin çoxunun İŞİD-lə əlaqəli olduğu vurğulanıb.