BAKI, 22 okt — Sputnik. ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanın xarici işlər nazirləri Vyanada bir araya gələcək.
Spuntik xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata görə, oktyabrın 23-də Vyanada ABŞ Dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında növbəti görüş keçiriləcək.
ABŞ Dövlət katibi Con Kerri oktyabrın 21-də Lavrova zəng edərək Suriyadakı vəziyyəti müzakirə ediblər və tərəflər məsələni daha geniş formada müzakirə etmək üçün Vyanada görüşməyi qərara alıblar.
Vyanda keçiriləcək görüşdə əsas müzakirə predmeti Suriya münaqişəsinin həlli yolları olacaq.