BAKI, 21 okt — Sputnik. Rusiya və ABŞ qırıcılarının Suriya hava məkanında üz-üzə gəlməsinin qarşısını almaq məqsədilə sənəd imzalanıb. Bu barədə Rusiya Müdafiə nazirliyi açıqlama yayıb.
Açıqlamada iki ölkənin hava qüvvələrinin Suriya hava sahəsində qarşılaşmasının aradan qaldırılması ilə bağlı razılıq sənədinin imzalandığı bildirilib.
Müqaviləyə əsasən iki ölkə komandirləri arasında əlaqələr qurulacağı da ifadə edilib.
ABŞ ordu rəhbərliyi anlaşmaya digər koalisiya ölkələrin də qoşulacağına söz verib.
Bir neçə gün əvvəl ABŞ Müdafiə nazirliyi, iki ölkə qırıcılarının İŞİD-ə bombalar yağdırarkən eyni bölgəyə girdiyini açıqlamışdı.