BAKI, 21 okt — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə səfərə yola düşüb.
Sputnik QMİ-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, A.Paşazadə Ufa şəhərində 22-23 oktyabr tarixlərində keçiriləcək XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri mövzusunda VIII Beynəlxalq elmi-praktik konfransda iştirak edəcək.
MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam A. Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək. Tədbir çərçivəsində QMİ sədrinin bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.
Səfər Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri, Baş Müfti Talqat Tacuddinin dəvəti ilə həyata keçirilir.