QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ATƏT MQ həmsədrləri gələn həftə Bakıya səfər edəcəklər

© twitter.comATƏT
ATƏT - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT Minsk Qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya) növbəti həftə bölgəyə səfər edəcəklər.

BAKI, 20 okt — Sputnik. ATƏT Minsk Qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya) növbəti həftə bölgəyə səfər edəcəklər.

Artıq ATƏT MQ həmsədrlərinin Ermənistana səfərinin tarixi bəlli olub.

Sputnik xəbər verir ki, Ermənistan Xarici işlər nazirliyinin mətbaut xidmətinin rəhbəri Tiqran Balayan mətbuata açıqlamasında  ATƏT MQ həmsədrlərinin oktyabrın 26-da İrəvana səfər edəcəklərini  deyib.

Qeyd edək ki, amerikalı həmsədr Ceyms Uorlik bir müddət öncə mətbuata açıqlamasında bu yaxınlarda bölgəyə səfər edəcəklərini və səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcəklərini bildirib. Bu səfərin əsas məqsədi hər iki ölkənin prezidentlərinin görüşünü müzakirə edib razılığa gəlməkdir.

Həmsədrlər Ermənistanda Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. 

Həmsədrlər daha sonra Azərbaycana səfər edəcək və Bakıda ölkə başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklər. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolları, həmçinin hər iki ölkə başçısının görüşünün təşkil edilməsi məsələsi müzakirə olunacaq.


Xəbər lenti
0