Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Xəzəryanı ölkələrlə münasibətlərini korlamaq istəyirlər

© Sputnik / Talib BarkhudayevZahid Oruc
Zahid Oruc - Sputnik Azərbaycan
Abunə olmaq
Zahid Oruc: Rusiyanın nə Azərbaycanın, nə də digər Xəzəryanı ölkənin maraqlarına zərbə vurmaq niyyəti yoxdur.

BAKI, 16 okt-Sputnik. Mən Rusiyanın İŞİD mənbələrini Xəzərdən vurmasını onun region ölkələrinin maraqlarına zərbə vurması kimi qiymətləndirməyin tərəfdarı deyiləm. 

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc, Qazaxıstanın "Air Astana" aviaşirkətinin rusların atdığı qanadlı raketlərdən ehtiyatlanaraq Xəzər üzərindəki uçuş trayektoriyasında dəyişiklik etməsini qiymətləndirərkən belə deyib.

"Rusiyanın nə Azərbaycanın, nə də digər Xəzəryanı ölkənin maraqlarına zərbə vurmaq niyyəti yoxdur. Sadəcə, Rusiya ilə Xəzəryanı ölkələrin münasibətlərinin pozulmasını istəyən qüvvələr var. Necə ki, o qüvvələr bu gün Türkiyə ilə Rusiya arasındakı münasibətlərin kəskinləşməsinə çalışırlar" — Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, hər hansı aviaşirkətin hava məkanındakı koridorda dəyişiklik etməsi peşəkarlıq tələb edir: "Ona görə də bizim bu məsələyə hər hansı rəy verməyimiz düzgün olmazdı. Ancaq onu deyə bilərəm ki, Azərbaycan üzərindən təhlükəsiz uçuşlar həyata keçirmək istəyən aviaşirkətlər ölkəmizin müfaviq qurumları ilə yaxından əməkdaşlıq etsələr, daha yaxşı olardı."

Xəzərdən Suriyadakı İŞİD-in hədəflərinin qanadlı raketlərlə vurulmasına gəldikdə isə millət vəkili bildirib ki, bu gün Azərbaycanın yerləşdiyi coğrafı məkanın strateji əhəmiyyəti böyükdür.
"Azərbaycan Xəzərin bir sabitlik və sülh dənizi olmasını istəyir və fəaliyyətini də bu istiqamətdə qurub. Bizim üçün bu gün Xəzərdə daha çox neft-qaz yataqlarının və orada işləyən şirkətlərin, Xəzərin bioresurslarının təhlükəsizliyi ilə yanaşı hava məkanının da təhlükəsiliyinin təmin olunması önəmlidir. Bu təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələrin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir. Ona görə də bu məsələyə hər kəs diqqət yetirməlidir" — Zahid Oruc deyib.

Xəbər lenti
0