Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Air Astana" rus silahları ucbatından Xəzər marşrutunu dəyişib

© today.kzЭйр Астана
Эйр Астана - Sputnik Azərbaycan
Abunə olmaq
"Air Astana" aviaşirkəti Xəzər dənizi üzərindəki reyslərin marşurutunda dəyişiklik edib.

BAKI, 16 okt-Sputnik. "Air Astana" aviaşirkəti Xəzər dənizi üzərindəki reyslərin marşurutunda dəyişiklik edib.

Sputnik "Astana" telekanalına istinadən xəbər verir ki, "Air Astana" aviaşirkəti Almatı-Bakı-Almatı reysini rus gəmilərinin Xəzər dənizindən Suriyadakı terroristlərin mövqelərini qanadlı raketlərlə bombalamasından sonra dəyişmək zorunda qalıb.

Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

"Biz hazırda Almatı-Bakı-Almatı xəttini Qazaxıstanın Aktau şəhərinin bir az şimal istiqamətindən həyata keçiririk və nəticədə uçuş müddəti 15 dəqiqə uzanır. Əgər indiyədək uçuş 3 saat 25 dəqiqəyə həyata keçirilirdisə, indi bu müddət 3 saat 40-yə həyata keçirilir. Ona görə də biz sərnişinlərin məsələni anlayışla qarşılamasını istəyirik" —deyə şirkətin meneceri Tlek Abdraximov bildirib.

Şirkət eyni zamanda Almatı-Tbilisi, Almatı-İstanbul marşurut xəttində də müəyyən dəyişiklik edib. Marşrut xəttini dəyişməsinə baxmayaraq, biletlərin qiymətində dəyişiklik olmayacaq. Qazaxıstan şirkəti çalışacaq ki, onların təyyarələri Xəzər üstündən uçmasın.

Xəbər lenti
0