Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ekspert: Ağ Evin Suriya məsələsində vahid mövqeyi yoxdur

© SputnikРуководитель Клуба политологов «Южный Кавказ» Ильгар Велизаде.
Руководитель Клуба политологов «Южный Кавказ» Ильгар Велизаде. - Sputnik Azərbaycan
Abunə olmaq
İlqar Vəlizadə: ABŞ-ın Rusiya ilə Suriyada hərbi sahədə əməkdaşlıq edəcəyi ilə bağlı təklifindən imtina etməsi onu göstərir ki, Ağ Evin Suriya probleminin həll edilməsi istiqamətində vahid planı yoxdur.

BAKI, 15 okt — Sputnik. ABŞ-ın Rusiya ilə Suriyada hərbi sahədə əməkdaşlıq edəcəyi ilə bağlı təklifindən imtina etməsi onu göstərir ki, Ağ Evin Suriya probleminin həll edilməsi istiqamətində vahid planı yoxdur.

Bunu politoloq İlqar Vəlizadə  ABŞ Müdafiə naziri Eşton Karterin Pentaqonun Suriya problemin həllində hərbi sahədə Moskva ilə əməkdaşlıq etməyəcəyi barədə verdiyi bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bir gün əvvəl Ağ Ev Suriya problemini Moskva ilə həll etməyə hazır olduğunu bəyan edib, növbəti gün isə bu mövqeyindən geri çəkilərək imtina edib. 

“Bu Ağ Evin Suriya məsələsində vahid mövqeyinin olmaması ilə bağlıdır. Ola bilsin ki, mövqe var. Ancaq  hər an bu mövqeyə yeni yanaşmalar olduğudan qərarlarına tez-tez dəyişiklik edirlər. Bütün bunlar sübut edir ki, problemlə bağlı Ağ Evin vahid planı yoxdur. Əgər olsaydı, görüşün nəticəsindən asılı olmayaraq Ağ Ev və Pentaqon rəhbərliyi Kreml təmsilçiləri ilə görüşərdi. Amma Ağ Evin Kreml rəsmiləri ilə görüşdən imtina  etməsi onların inersiya  ilə hərəkətindən xəbər verir”, — deyə politoloq vurğulayıb.

Politoloq onu da əlavə edib ki, bu gün Ağ Ev xarici siyasətini də daxili siyasətə uyğunlaşdırır:  “Bunun nəticəsidir ki, daxili siyasətdə baş verən proseslər xarici siyasətə proyeksiya edir. Çünki Dövlət katibi Con Kerri Moskva ilə danışıqlara hazır olmasını bəyan edəndən sonra  prezidentliyə namizədliyə iddialılar  bunun əleyhinə çıxış edərək, Rusiya ilə hərbi əməkdaşlığın mümkünsüzlüyünü  bəyan etdilər. Hətta Hillari Klinton  təhlükəsizlik zolağının yaradılmasını və bu zolağa rus təyyarələrinin burxalmamasını bəyan etdi. Ağ Ev rəsmiləri də bundan sonra  mövqelərində dəyişiklik etdilər. Bu bir daha göstərir ki, mövcud hakimiyyət daxili siyasətdə baş verənləri xarici siyasətdə nəzərə almağa vadar edilir”.

Proseslərin gələcək inkişaf tendesiysına gəldikdə isə ekspert bildirib ki, ABŞ Suriyadakı proseslərdə özü aktiv iştirak etmək istəmir və məsləyə müəyyən mənada ehtiyatla yanaşır. “ABŞ daha çox müttəfiqlərinin, xüsusən də Suriya ilə sərhəddə olan müttəfiqlərinin daha aktiv formada prosesə müdaxiləsinə çalışır. Yəni Ağ Ev Türkiyənin, Səudiyyə Ərəbistanının proseslərdə daha  fəali iştirakına çalışır. Bu məqsədlə, məsələn Ağ Ev Türkiyə ilə Rusiya  arasındakı ziddiyyətləri kəskinləşdirərək buna nail olmaq istəyir”, deyə o bildirib.

Ekspertin fikrincə, ABŞ-dan fərqli olaraq antiqərb koalisiyası başda Rusiya və İran olmaqla Suriya məsələsində daha konkret və vahid platformadan çıxış edirlər: “Onların Suriya məsələsində konkret hədəfləri var və bu hədəflər çərçivəsində də hərəkət edərək son günlərdə müəyyən uğurlara imza atırlar. Amma  bununla belə bu koalisiyanın imkanları yetərincə deyil. Onlar müəyyən həddə kimi irəliyə gedə bilərlər.”

Qeyd edək ki, ABŞ müdafiə naziri Eşton Karter Rusiyanın Suriyadakı siyasətini “zərərli və destabilizasiya yaratmağa yönəlmiş siyasət” adlandıraraq bunun qarşısını almaq üçün bütün lazımi addımları atacaqlarını bəyan edib.

Pentaqon rəhbəri bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsini təcrid girdabına salıb və bu vəziyyəti yalnız öz siyasətində kardinal dəyişiklik edərək dəyişə bilər. “Biz Rusiyanın zərərli və destabilizasiyaya yönəlmiş təsirinin, onun təcavüz və məcburetmə siyasətinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq”, — deyə nazir Suriya və Ukraynada baş verənləri nəzərdə tutaraq söyləyib.

Karter Rusiyanın Suriyadada “yalançı strategiya” ilə çıxış etdiyini və Bəşər Əsədə dəstək verdiyini vurğulayaraq Moskva ilə bu məsəldə əməkdaşlıq etməyə hazırlaşmadıqlarını diqqətə çatdırıb.   

Xatırladaq ki, ABŞ Rusiyanın baş naziri Dmitri Medvedevin rəhbərliyi ilə bu ölkə nümayəndə heyətini qəbul etməkdən imtina edib. 

Xəbər lenti
0