Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Səfir: Rusiya və Azərbaycan arasındakı bütün problemlər həll olunandır

© photo.ulgov.comПолад Бюль-Бюль оглы \ Polad Bülbüloğlu
Полад Бюль-Бюль оглы \ Polad Bülbüloğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Polad Bülbüloğlu: Lakin yaranan məsələlərin həlli üçün müəyyən mexanizmlər olmalıdır, çünki həyat sürətlə irəliləyir və qarşımıza yeni tapşırıqlar qoyur.

BAKI, 10 okt — Sputnik. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasını yüksək qiymətləndirirəm.

Sputnik-in verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. 

Səfir bildirib ki, Dmitri Roqozinin komissiyanın həmsədri vəzifəsinə gətirilməsi ilə hökumətlərarası komissiya daha aktiv fəaliyyət göstərməyə başlayıb: "Bu gün demək olar ki, yubiley iclas baş tutdu. İclasda bir çox problemlər həll edildi".

“Rusiya və Azərbaycan dost ölkələrdir. Ona görə də iki ölkə arasında olan bütün problemlər həll olunandır. Lakin yaranan məsələlərin həlli üçün müəyyən mexanizmlər olmalıdır, çünki həyat sürətlə irəliləyir və qarşımıza yeni tapşırıqlar qoyur. Bu üzdən də hökumətlərarası komissiya kimi mexanizmlər ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində çox faydalıdır. Bu gün keçirilən iclasda İş Şurasının yaradılması təklif olunub. Bu şura Azərbaycan-Rusiya dostluğuna öz töhfəsini verəcək. Biz gələcəyə nikbin baxırıq", — deyə səfir qeyd edib.

Regional əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən P. Bülbüloğlu bir müddət öncə Dağıstanda olduğunu və Dərbəndin 2000 illik yubileyi ilə əlaqədar keçirilən  tədbirlərdə iştirak etdiyini bildirib: "Dağıstan qardaş regiondur. Orada çoxlu sayda azərbaycanlı yaşayır. Bir neçə gün öncə Heydər Əliyev Fondunun yardımı ilə Dərbənddə yeni məktəb istifadəyə verildi. Qonşularımızla münasibətlərimizin yaxşı olması əsasdır".

Xəbər lenti
0