BAKI, 10 okt — Sputnik. Suriyada həyata keçirilən hərbi əməliyyat Rusiyanın mövqeyinin Yaxın Şərqdə zəiflədiyini göstərir.
Sputnik-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama CBS telekanalına verdiyi müsahibədə bəyan edib.
Onun sözlərinə görə, Suriya Rusiyanın regionda yeganə müttəfiqidir: “Məhz bu səbəbdən Rusiya Bəşər Əsəd rejiminə yardım etməyə məcbur olub. Putin qoşunları regionda yeganə müttəfiqini gücləndirmək üçün göndərir”.