BAKI, 9 okt — Sputnik. Rusiya İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsi məqsədi ilə “Azad Suriya Ordusu” ilə təmas qurmaq üçün Böyük Britaniyadan kömək istəyib.
Bu barədə Sputnik “RİA Novosti”yə istinadən xəbər verir.
“Səfir Aleksandr Yakovenko Rusiya tərəfinin İŞİD terror qruplaşması ilə mübarizədə Suriya Silahlı Qüvvələri və “Azad Suriya Ordusu” (ASO) arasında səylərin əlaqələndirilməsi və ASO-nun siyasi prosesə cəlb edilməsi üçün ASO ilə təmasın qurulmasında britaniyalı tərəfdaşların göstərə biləcək yardıma görə minnətdar olacağını bildirib”, deyə diplomatik missiyanın məlumatında bildirilir.
Qeyd olunan xahiş Aleksandr Yakovenkonun Böyük Britaniya XİN-in siyasi direktoru ilə görüşü zamanı səsləndirilib.