Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Türkiyə ilə ikitərəfli münasibətləri yüksək qiymətləndiririk

© Sputnik / Natalia Seliverstova / Mediabanka keçidDmitri Peskov, porte-parole du président russe
Dmitri Peskov, porte-parole du président russe - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Peskov qeyd edib ki, Suriyada hərbi əməliyyatlar həm də Türkiyə sərhədlərində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin təmin edə bilmədiyi təhlükəsizliyin təmin edilməsinə yönəlib.

BAKI, 8 okt — Sputnik. “Rusiya prezident cənab Ərdoğanın fikirləri ilə artıq tanışdır. Biz ənənəvi olaraq Türkiyə Respublikası ilə olan ikitərəfli münasibətlərimizi yüksək qiymətləndiririk. Ümid edirik ki, bu münasibətlər prezident Putin və Ərdoğan tərəfindən müəyyənləşdirilmiş planlar üzrə inkişaf etməyə davam edəcək".

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır və hər iki xalqın maraqlarına cavab verir. D. Peskov qeyd edib ki, Suriyada hərbi əməliyyatlar həm də Türkiyə sərhədlərində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin təmin edə bilmədiyi təhlükəsizliyin təmin edilməsinə yönəlib: “Rusiya Federasiyasının Suriyadakı fəaliyyətlərinə gəldikdə, burada əsas məqsəd Suriya Ərəb Respublikasının ərazi bütövlüyü və siyasi bütövlüyünün qorunması, habelə Türkiyə Respublikasının sərhədlərinə qədər olan regionda stabillik və təhlükəsizliyin təmin edilməsidir”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya qazının alınmasından imtina edə biləcəklərini və Akkuyu AES-in  tikintisinin başqalarına həvalə edilə biləcəyini bəyan edib.

Xəbər lenti
0