Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Türkiyəyə hərbi qüvvə göndərə bilər

© ytimg.comNATO-nun baş katibi Jens Stoltenberq
NATO-nun baş katibi Jens Stoltenberq - Sputnik Azərbaycan
Abunə olmaq
Yens Stoltenberq NATO-nun Türkiyəni Suriya istiqamətindən gələn təhlükələrdən qorumaq üçün bu ölkəyə hərbi qüvvə göndərməyə hazır olduğunu bəyan edib.

BAKI, 8 sent — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq rəhbərlik etdiyi ittifaqın Türkiyəni cənubdan (Suriya istiqaməti) gələn təhlükələrdən qorumaq üçün bu ölkəyə hərbi qüvvə göndərməyə hazır olduğunu bəyan edib. 

Sputnik NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, Stoltenberq "NATO Türkiyə də daxil olmaqla, özünün bütün müttəfiqlərini qorumağa hazırdır və buna qadirdir" bəyanatını verib.

Rusiyanın Suriyada həyata keçirdiyi bombardmanların narahatlığa əsas yaratdığını vurğulayan baş katib qeyd edib ki, NATO özünün müxtəlif nöqtələrə hərbi qüvvə göndərmək imkanını və qabiliyyətini artıq nümayiş etdirib. "Bu, cənub istiqamətinə, o cümlədən, ehtiyac yaranarsa, Türkiyəyə də aiddir." — deyə Stoltenberq bildirib.

O, daha əvvəl Türkiyə sərhədlərinin pozulmasının NATO sərhədlərinin pozulması olduğunu bildirmişdi. Rusiyanın NATO dövlətlərinin təhlükəsizliyinə xələl gətirdiyini vurğulamışdı.

Oktyabrın 3-4-də Türkiyə hava məkanının Rusiya hərbi təyyarələri tərəfindən pozulması faktları ilə əlaqədar NATO fövqəladə toplantı keçirib və Rusiyanın ünvanına sərt bəyanat qəbul olunub.

Xəbər lenti
0