Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Suriyaya raket zərbələrinə azərbaycanlı zabit rəhbərlik edib

© NewsTeam / Mediabanka keçidРакетный корабль "Дагестан" вступил в строй Каспийской флотилии
Ракетный корабль Дагестан вступил в строй Каспийской флотилии - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 7-də Suriyaya raket zərbələri endirən Rusiyanın Xəzər flotiliyasına məxsus "Dağıstan" gəmisinin komandirinin azərbaycanlı olduğu bəlli olub.

BAKI, 8 okt-Sputnik. Oktyabrın 7-də Suriyaya raket zərbələri endirən Rusiyanın Xəzər flotiliyasına məxsus "Dağıstan" gəmisinin komandirinin azərbaycanlı olduğu bəlli olub.

Sputnik APA-ya istinadən xəbər verir ki, "Dağıstan" gəmisinə II dərəcəli kapitan Vüsal Miriyev komandanlıq edir.

V. Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002-2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005-2010-cu illərdə isə raket qayığının komandiri olub. 2010-cu ildə V. Miriyev "Tatarıstan" keşikçi gəmisinin komandiri, qısa müddət sonra "Dağıstan" raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər. V. Miriyev evlidir, 3 övladı var.

Xatırladaq ki, oktyabrın 7-də Rusiyaya məxsus 4 hərbi gəmi Xəzər dənizindən Suriyadakı hədəflərə 26 raket atıb.

Xəbər lenti
0