Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiyanı çətin vəziyyətə saldı

© cont.wsTürkiyə-Rusiya
Türkiyə-Rusiya - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın “Birgə komissiya” iddiası təkzib olunub.

BAKI, 7 okt – Sputnik. Rus ordusuna aid qırıcıların Türkiyənin hava məkanını pozması ilə əlaqədar olaraq, Rusiyanın Ankaradakı səfiri 3-cü dəfə Xarici İşlər nazirliyinə çağırılıb.

Türkiyə XİN-dən verilən açıqlamaya görə, səfirə etiraz edilərək, pozuntuların yenilənməməsi tələb edilib. Əks təqdirdə, ola biləcək nəticələrə görə Rusiya Federasiyasının məsulliyət daşıyacağı bildirilib. 

Türkiyə Xarici İşlər Nazirliyi Rusiya səfirinə iki tərəfin hərbi orqanlarının Ankarada görüşə biləcəklərini də bildirib. 

Beləliklə də Rusiyanın “Birgə komissiya” iddiası da təkzib olunub. 

Rusiya Müdafiə Nazirliyinin spikeri İqor Konaşenkov, Türkiyə tərəfdən birgə komissiya qrupu yaratmaqla bağlı təklif aldıqlarını iddia etmişdi.

Xəbər lenti
0