"İŞİD terror təşkilatı öz zirehli texnikasını şəhərlərə, əhalinin sıx yaşadığı yerlərə cəmləyir. Çünki onlar çox yaxşı bilirlər ki, Rusiya aviasiyası heç vaxt bura zərbələr endirməyəcək". Bu barədə Rusiya Müdafiə nazirliyi havadan çəkdiyi videogörüntülərə istinadən məlumat yayıb.
"Videoda aydin görünür ki, İŞİD-ə aid nəqliyyat vasitələri Suriya əhalisi sıx olan rayonlarda, məscidlərin yaxınlığında cəmlənir. Çünki döyüşçülər çox yaxşı bilirlər ki Rusiya aviasiyası heç vaxt bura zərbələr endirməyəcək" deyə nazirliyin videolu bəyanatında qeyd olunur.