BAKI, 7 okt — Sputnik. "Belarusiyada Rus hərbi aviabazasının yerləşdirilməsi haqda nə bügun nə də keçmişdə danışıqlar aparılmayıb". Bunu jurnalistlərə açıqlamasında Belarusiya prezidenti Aleksandr Lukaşenko deyib.
Rusiyanın TASS xəbər agentliyi prezident Vladimir Putinin ölkəsinin Belarusda hərbi aviabazasının yaradılması haqda tapşırıq verdiyinə dair məlumat yaymışdı.
Oktyabrın 5-də isə Belarus müxalifəti ölkə ərazisində Rus hərbi bazasının yaradılması ilə bağlı qərarı pisləyərək, paytaxtda aksiya keçirmişdi.