QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Uorlik: Münaqişənin sülh yolu ilə həlli üçün bütün addımları atacağıq

© realtv.azCeyms Uorlik
Ceyms Uorlik - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT MQ-nın amerikalı həmsədri: Etimad tədbirləri və insanlararası münasibətlərə dair proqramlar gərginliyi azaldır və davamlı sülhə əsas yaradır.

BAKI, 7 okt — Sputnik. Etimad tədbirləri və insanlararası münasibətlərə dair proqramlar gərginliyi azaldır və davamlı sülhə əsas yaradır.

Sputnik-in məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Ed Roys və Eliot Engelin Dağlıq Qarabağda təmas xəttində atəşkəsin pozulması hallarının dayandırılması ilə bağlı müraciətinə cavab olaraq Ermənistanın H1 televiziyasına müsahibəsində deyib.

“Təklif olunan hər bir təşəbbüsü tərəflərin qarşısında qaldırmışıq və sülh yolu ilə həllə nail olmaq üçün bütün addımları atmağa davam edəcəyik”, — deyə C. Uorlik əlavə edib.  

Diplomat Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qaldırılan sağlam düşüncəli təşəbbüsə Obama Administrasiyasının dəstəyini ifadə edib.

“ABŞ və ATƏT-in hər bir hücuma ümumi yanaşaraq tərəfləri zorakılıqdan çəkinmək çağırışları təkrar eskalasiya vəziyyətinə gətirib çıxarıb. Əvəzində bu süni tərəfsizlik siyasəti təhlükəli şəkildə gərginliyi artırır. Məsuliyyət olmasa, sülh olmayacaq”

Qeyd edək ki, Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys və nüfuzlu üzvü E.Engel səfir Ceyms Uorlikə Dağlıq Qarabağ məsələsinin təhlükəsizlik və status baxımından həll edilməsinə təkan vermək üçün məktubla müraciət edərək, Konqres üzvlərinin imzasını toplayırlar. Məktubda ABŞ və ATƏT zorakılıq aktlarına cavab olaraq  uğursuz olan yanlış bərabərlik siyasətlərindən əl çəkməyə çağırılır. “ABŞ və ATƏT-in hər bir hücuma ümumi yanaşaraq tərəfləri zorakılıqdan çəkinmək çağırışları təkrar eskalasiya vəziyyətinə gətirib çıxarıb. Əvəzində bu süni tərəfsizlik siyasəti təhlükəli şəkildə gərginliyi artırır. Məsuliyyət olmasa, sülh olmayacaq”, — deyə məktubda qeyd olunub.  

Məktubda qısa müddətdə həyatları qoruya biləcək və müharibədən çəkindirəcək 3 əsas maddə göstərilir: Bütün tərəflər təmas xəttindən snayperləri geri çəkmək barədə razılaşma əldə etməli, təmas xəttində hücumun mənbəyini müəyyənləşdirmək üçün ATƏT-in monitorinq, silah lokator sistemləri və səs ölçən avadanlıqları yerləşdirilməli və atəşkəs rejiminin pozulmasını daha yaxşı monitorinq etmək üçün əlavə ATƏT müşahidəçiləri müəyyənləşdirilməlidir.

Bildirilir ki, bu addımlar regionun bütün əhalisi üçün hərtərəfli və davamlı sülhə töhfə verəcək. 

Xəbər lenti
0