BAKI, 6 okt – Sputnik. Rusiya Federal Məclis şurasının rəhbəri Valentina Matviyenko, ölkəsinin İraqda hərbi əməliyyatlara başlamasının an məsələsi olduğunu açıqlayıb.
“Əgər rəsmi Bağdaddan hər hansı tələb gələrsə Rus ordusu bu ölkədə də İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaya bilər” deyə Matviyenko əlavə edib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə Rusiyaya hər hansı təklif göndərilməyib.
Məclis rəhbəri Suriyadakı İŞİD mövqelərinin rus qırıcılar tərəfindən darmadağın edildiyini də bildirib.