Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml: Suriyadakı əməliyyat Rusiya-Türkiyə münasibətlərini pozmayacaq

© Sputnik / Natalia Seliverstova / Mediabanka keçidDmitri Peskov, porte-parole du président russe
Dmitri Peskov, porte-parole du président russe - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva Suriyadakı hərbi əməliyyatların Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinə xidmət etməyəcəyini düşünür. İki ölkə arasında əməkdaşlığın olduqca möhkəm əsası var.

BAKI, 5 okt — Sputnik. Moskva Suriyadakı hərbi əməliyyatların Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinə xidmət etməyəcəyini düşünür. İki ölkə arasında əməkdaşlığın olduqca möhkəm əsası var. Bu əməkdaşlıq hər iki tərəf üçün sərfəlidir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Suriyadakı hərbi əməliyyatlara görə Moskva-Ankara münasibətlərinin korlanmasının mümkünlüyü barədə sualı cavablandıran D. Peskov bildirib ki, Türkiyə ilə ikitərəfli münasibətlər olduqca möhkəmdir: "O ki qaldı Rusiya təyyarəsi ilə bağlı məsələyə, həqiqətən də bizim səfir Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, ona nota təqdim edilib. Orada müəyyən faktlar haqqında qeydlər edilib. Həmin faktlar yoxlanılacaq".

Qeyd edək ki, Türkiyə Rusiyaya nota verib. Buna səbəb Suriyada İŞİD-in obyektlərinə aviazərbələr endirən Rusiya qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozması olub.


Xəbər lenti
0