Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türk rəsmisi: qatil diktatoru yox, Suriya xalqını xilas edin

© Sergey Guneev / Mediabanka keçidПрезидент Сирии Башар Асад
Президент Сирии Башар Асад - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Kalın: Rusiya və İranın əsas məqsədi, İŞİD-lə mübarizə yox, diktator Əsədi qorumaq və öz xeyrlərinǝ siyasi nəticə əldə etməkdir.

BAKI, 2 okt – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini İbrahim Kalın “Daily Sabah” qəzetinə olduqca önəmli açıqlamalar verib. 

"Qatil bir diktatoru yox, Suriya xalqını xilas edin" deyən İbrahim Kalın Rusiya və İran rəhbərliyini tənqid edib:

“Rusiyanın İŞİD-i bəhanə edərək Suriyada hərbi yığınaq etmǝsi və diktator Bəşər Əsədǝ dəstək verməsi, vəziyyəti daha da dərinləşdirəcək.

İŞİD-in güclənməsinə Əsəd özü birbaşa şərait yaratdı. Və maraqlıdır ki, Rusiyanın bugün havadan bombaladığı ərazilər, suriyalı müxaliflərin İŞİD-dən təmizlədiyi torpaqlardır”

Kalın daha sonra bunları əlavə edib: “Rusiya və İranın əsas məqsədi, İŞİD-lə mübarizə yox, diktator Əsədi qorumaq və öz xeyrlərinǝ siyasi nəticə əldə etməkdir. Böhranın həlli, Suriyadakı mühafizǝkar müxalifətin gücləndirilməsindǝn asılıdır. Bu reallaşarsa müxalifət siyasi prosesi davam etdirǝrǝk Suriya xalqını qoruyar vǝ hüququn üstünlüyü, demokratiya, plüralizm və şəffaflıq çǝrçivǝsindǝ yeni bir Suriya inşa edǝ bilǝr”.

Xəbər lenti
0