Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

7 ölkə Rusiyaya qarşı birləşdi

© macky_chФлаг России
Флаг России - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Federasiyasının Suriyaya hǝrbi təchizat yığması, rus qırıcıların Hǝma, Xoms vǝ İdlibdǝ dinc ǝhalini öldürməsi vǝ İŞİD terrorçularını hǝdǝf almayan hücumları ciddi narahatlıq doğurur.

BAKI, 2 okt – Sputnik. Rusiyanın İŞİD-i bəhanə edərək Suriyalı müxalif orduya qarşı hərbi hava ǝmǝliyyatlarını pisləyən bəyannamə qəbul edilib. 

Türkiyǝ, İngiltǝrǝ, Fransa, ABŞ, Almaniya, Qǝtǝr vǝ Sǝudiyǝ Әrǝbistanı birgə bǝyanat yayaraq Rusiyanı hücumlara son qoymağa, dinc əhalini öldürməməyə və ancaq İŞİD-ə qarşı döyüşməyə çağırıblar. 

“Rusiya Federasiyasının Suriyaya hǝrbi təchizat yığması, rus qırıcıların Hǝma, Xoms vǝ İdlibdǝ dinc ǝhalini öldürməsi vǝ İŞİD terrorçularını hǝdǝf almayan hücumları ciddi narahatlıq doğurur”, deyə bəyanatda qeyd olunur. 

Bǝyannamǝdǝ gǝrginliyi artıran bu hǝrbi ǝmǝliyyatların, radikal hǝrǝkǝtlǝri gücləndirəcəyi də vurğulanıb. 

Rusiyanın Xoms şəhərinə tǝşkil etdiyi hava hücumlarında 36 nəfər  mülki vətəndaşın hǝyatını itirdiyi bildirilib. Rəsmi Moskva isə bunu tǝkzib edǝrǝk Suriyadakı hǝdǝflǝrinin İŞİD və Əl-Qaidə mövqeləri olduğunu açıqlayıb.

Xəbər lenti
0