QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiyanın Ermənistana yardımı məsələsi qəsdən gündəmə gətirilir

© Sputnik / Irade JELILМубариз Ахмедоглу
Мубариз Ахмедоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Mübariz Əhmədoğlu: Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllində İrəvana yardım etməyəcəyini bəyan edib və bunu şişirtməyə ehtiyac yoxdur.

BAKI, 1 okt — Sputnik. Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllində İrəvana yardım etməyəcəyini bəyan edib və bunu şişirtməyə ehtiyac yoxdur. Bunu Sputnik-ə açəqlamasında politoloq Mübariz Əhmədoğlu  son günlərdə Ermənistan-Azərrbaycan təmas xəttində yaranmış gərginliyə və eyni zamanda RF parlamentinin ordunun xarici ölkələrdəki münaqişələrdə istifadə edilməsinə razılıq verməsi məsəsləinə aydınlıq gətirərkən deyib.

“Son günlərdə cəbhə xəttində gərginlik yaşansa da, nə KTMT-dən, nə də Moskvadan  Ermənistan tərəfinin mövqeyini müdafiə edəcək bir  səda eşidilmədi. Ona görə də bu məsələni şişritməyə ehtiyac yoxdur. Düzdür, ermənilər Rusiyadan yardım istəyiblər və bu gün də  bu yardımı istəyirlər, ancaq  Moskva qəti şəkildə bəyan edib ki, onlar Ermənistan-Azərbaycan münaqişəsində  İrəvana yardım etməyəcəklər”, — deyə Əhmədoöğlu qeyd edib.

Onun sözlərinə görə, hətta KTMT-nin baş katibinin müavini general Valeri Semerikov Ermənistanda açıqlamasında qurumun Ermənistana yardım edəcəyini real hesab etmədiyni dilə gətirib. 

“O bildirdi ki, bunun üçün siyasi qərar olmalıdır.  Məsələn, əvvəlcə Ermənistan prezidneti  KTMT-nin prezidentlər şurasına müraciət emtəlidir”, — deyə o vurğuladı. 

Politoloq hesab edir ki, bəzi ekspertlər qəsdən və ya qərəzli olaraq bu məsələni gündəmə gətirirlər: “Amma hər şey onlar deyən kimi deyil. Birdəfəlik başa düşmək lazımdır ki, Rusiya Qarabağ məsləsində Ermənistana hərbi yardım etməyəcək.”

Rusiyanın xarici ölkələrdəki münaqişlərləd hərbi qüvvələrdən istifadəsinə gəldikdə isə politoloq bildirdi ki, bu pis presedent olsa da, dünyada geniş yayılıb: “ABŞ, Fransa kimi ölkələr BMT TŞ-nin qərarı olamdan İraq və Suriyada hərbi əməliyyatlarda iştirak edir. Bundan əlavə olaraq Səudiyyə Ərəbistanı bu yaxınlarda Yəmənə qoşun yeritdi. Türkiyə parlamenti isə orduya İraq ərazisində antiterror əməliyyata aparması üçün razılıq verdi.”


Xəbər lenti
0