QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Suriyalı erməniləri işğal edilmiş torpaqlarda məskunlaşdırmaq olmaz

© atvxeber.azElmar Məmmədyarov
Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov: Suriyadan olan erməni əsilli miqrantların Ermənistan rəhbərliyi tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşdırılması yolverilməzdir və bu beynəlxalq hüququn kobud surətdə pozulmasıdır.

BAKI, 1 okt — Sputnik. Suriyadan olan erməni əsilli miqrantların Ermənistan rəhbərliyi tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşdırılması yolverilməzdir və bu beynəlxalq hüququn kobud surətdə pozulmasıdır.

Sputnik xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov “Yeni inkişaf gündəliyi çərçivəsində miqrasiya və qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi”nə dair yüksək səviyyəli tədbirdə çıxışı zamanı deyib.

Tədbirdə çıxış edən azərbaycanlı nazir deyib ki, faktiki olaraq qaçqınlar və məcburi köçkünlər probleminin həll edilə bilməməsi yalnız Cənubi və Mərkəzi Avropa ölkələri üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. 

“Biz həmçinin bəzi siyasi liderlərin zərərçəkmiş miqrantlardan öz məkrli maraqları üçün istifadə etmə cəhdlərinə də diqqət yetirməliyik. Bu xüsusda, Suriyadan olan erməni əsilli miqrantların Ermənistan rəhbərliyi tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşdırılması yolverilməzdir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasına sübutdur», — deyə nazir vurğulayıb.

Azərbaycanın qaçqın və məcburi köçkünlər sahəsindəki təcrübəsi barədə məlumat verən Məmmədyarov bildirib ki, 25 il boyunca qaçqın və məcburi köçkün problemindən əziyyət çəkir. Nazir deyib ki,  Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayondan olan qaçqın və məcburi köçkünlərin sayı təqribən bir milyondur. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük yükə sahibdir: 

“Azərbaycan Hökuməti ötən illər ərzində əhalinin bu hissəsinin ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli resurslar ayırıb. Bu, ilk növbədə daha yaxşı mənzil şəraiti və məcburi köçkünlər arasında yoxsulluğun dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması ilə nəticələnib. 2007-ci ildə ölkədə sonuncu məcburi köçkün düşərgəsi (ümumilikdə 12 düşərgə) ləğv edilib. 

Hökumət tərəfindən görülmüş irimiqyaslı işlərə baxmayaraq, məcburi köçkün probleminin tam həllinə nail olunması çox çətindir. 400000 məcburi köçkün hələ də köhnə və narahat evlərdə çətin şəraitdə yaşamaqda davam edir.

Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir. Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər aydındır.”

Nazir əlavə edib ki, problemin həlli üçün bütün Azərbaycan əraziləri işğaldan azad edilməli və məcburi köçkünlərin öz evlərinə qayıtmaq və mülkiyyət hüququ təmin edilməlidir: “Azərbaycan Hökuməti tərəfindən hazırlanmış “Böyük qayıdış” adlı müfəssəl qayıdış proqramı Ermənistan işğalçı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından dərhal sonra məcburi köçkünlərin öz evlərinə qayıtma və mülkiyyətlərindən istifadə hüquqlarının reallaşdırılmasını nəzərdə tutur.

Qayıtmaq hüququnun təmin edilməsi etnik təmizləmədən qəti şəkildə imtina edilməsini təşkil edir və öz evlərindən və torpaqlarından məcburi köçkün düşmür şəxslər üçün əhəmiyyətli ədalət tədbirlərini təklif edilməsi ilə gələcəkdə mümkün gərginlik və münaqişələrin qarşısını alır. Fərdi hüquq və azadlıqların pozulması bu pozuntunu törədən şəxsin xeyrinə və onun əvvəlcədən işləyib hazırladığı məqsədə gətirib çıxarmamalıdır.”

Xəbər lenti
0