10:00 18 Yanvar 2017
Canlı yayım
İzmirdə partlayış

İzmir terrorunda iki nəfər şəhid olub

© REUTERS/ Hakan Akgun
DÜNYA
Qısa URL
129 0 0

Terror aktı nəticəsində 2 nəfər şəhid olub, daha 10 nəfər yaralanıb

BAKI, 5 yan — Sputnik. Türkiyənin İzmir şəhərində baş verən terror aktının təfərrüatları məlum olub. Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, mühafizə xidmətinin əməkdaşları İzmir məhkəmə binasında hakim və prokurorların istifadə etdiyi qapıya yaxınlaşan 3 terrorçunu görərək müdaxilə ediblər. Bunu görən terrorçular avtomobilə yerləşdirilən partlayıcı qurğunu işə salıblar.

Terrorçulardan ikisi yerindəcə öldürülüb. Sağ qalan terrorçunun tutulması istiqamətində əməliyyat keçirilir. Son məlumata görə, terror aktı nəticəsində 1 polis əməkdaşı və 1 dinc sakin şəhid olub, daha 10 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub.

Əlaqədar

Türkiyənin başı terrordan açılmır: bu dəfə hədəf İzmirdir
İstanbul terrorunun qorxunc detalları
İstanbuldakı terroru törədənin ailəsi saxlanıldı
Kurtulmuş: Terrorçunun kimliyini müəyyənləşdirmək üzrəyik
İstanbuldakı terror aktında həlak olan azərbaycanlının cənazəsi ölkəyə gətiriləcək
İstanbuldakı terror aktına görə məsuliyyəti bu təşkilat üzərinə götürdu
XİN: İstanbulda terror aktında daha bir Azərbaycan vətəndaşı yaralanıb
Teqlər:
partlayıcı qurğu, İzmir, Türkiyə, terrorçu, terror

Əsas mövzular