18:57 17 Yanvar 2017
Canlı yayım
Təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Təhsil naziri bu rayona "gizli" səfər edib

© Foto: edu.gov.az
ELM
Qısa URL
18220

Qəbul əvvəlcədən ayın 9-na planlaşdırılsa da, sonradan ertələnib

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 15 dek — Sputnik. Bu gün təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən bu qəbul, əvvəlcədən ayın 9-na planlaşdırılsa da, sonradan ertələnib.

Sputnik-in bölgə müxbiri xəbər verir ki, həm bu səbəbdən, həm də əlverişsiz hava şəraitinə görə qəbula çox az adam gəlib. Üstəlik "Açıq qapı" prinsipi pozularaq, nazirin gəlişindən sonra qəbulun keçirildiyi yerə heç kəs, o cümlədən jurnalistlər buraxılmayıb.

Təhsil Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, qəbulda Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin müraciəti dinlənilib. Vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

"Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", — nazirliyin saytında qeyd olunur.

Əlaqədar

İcbari məktəbəqədər təhsilə keçid ola bilər
Deputat: Tələbələrimiz öz universitetlərimizdə təhsil almalıdır
İlham Əliyev Rusiyanın təhsil nazirini qəbul edib
Respondentlərin 96 faizi ölkənin təhsil sistemindən narazıdır
Təhsil Nazirliyi məktəbdənkənar təhsil ocaqlarının işçilərini yoxlayacaq
Təhsil Nazirliyi 300-dən artıq uşaq bağçasını satıb
Teqlər:
cədvəl, qəbul, Mikayıl Cabbarov, İmişli, təhsil naziri

Əsas mövzular