02:23 05 Dekabr 2016
Canlı yayım
Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub və ali məktəbin rəhbər heyəti ilə görüşüb

Azərbaycan Dağıstan universitetləri arasında saziş imzalanıb

© Foto: ATU
ELM
Qısa URL
12 0 0

Rektor: "Müasir dövrdə adi mühazirə oxuyan müəllim tələbləri maraqlandıra bilmir, onlara daha çox praktiki bilgilərin verilməsi lazımdır"

BAKI, 19 okt — Sputnik. Bu gün Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub və ali məktəbin rəhbər heyəti ilə görüşüb. Bu barədə ATU-nun mətbuat xidmətindən Sputnik-ə məlumat veriblər.

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələr imzalanıb: "Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Çünki müasir dövrdə adi mühazirə oxuyan müəllim tələbləri maraqlandıra bilmir, onlara daha çox praktiki bilgilərin verilməsi lazımdır. Bu səbəbdən ATU-da tədris sistemində daim islahatlar aparılır, fəaliyyət daha da təkmilləşdirilir".

ATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb
© Foto: ATU
ATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Dağıstan Dövlət Tibb Akademiyasının rektoru professor Süleyman Mammayev əvvəlcə Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək ölkəmiz haqqında düşüncələrini açıqlayıb. Onun sözlərinə görə, son illər Azərbaycanda hər bir sahədə nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verib. Bu islahatlar özünü təhsil və səhiyyə sistemində də göstərir.

Rəhbərlik etdiyi müəssisə haqqında məlumat verən S.Mammayev Dağıstan Dövlət Tibb Akademiyasında 6 minə yaxın tələbənin təhsil aldığını bildirib. Universitetin klinikalarını və xüsusilə də Anatomiya muzeyini bəyəndiklərini bildirən qonaq qarşılıqlı tələbə mübadiləsindən yararlanmaq istədiklərini deyib.

Görüşün axırında ATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Əlaqədar

Rusiyanın ən yaxşı universitetlərində təhsil almaq istərdinizmi?
Lənkəran Dövlət Universitetinin ikinci korpusunun açılışı olub
"Multikulturalizm" adlı fənn artıq bütün universitetlərdə tədris ediləcək
Qafqaz Universitetinin adı dəyişdirildi
Özəl universitetlərin başı üzərində "qara buludlar"
Hansı universitetlərdə yerlər dolmayıb?
Teqlər:
Tibb Universiteti, Tibb Akademiyası, Dağıstan, saziş, Azərbaycan

Əsas mövzular