02:26 05 Dekabr 2016
Canlı yayım
Bakıya yeni gətiliən avtobus

Sərnişin avtobuslarında müşahidə kameraları quraşdırılacaq

© AZƏRTAC.
CƏMİYYƏT
Qısa URL
10 0 0

Yeni tələbə görə, ictimai nəqliyyat vasitələrində, ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır

BAKI, 18 okt — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib. Bu barədə Sputnik-ə BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, sözügedən tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir: "Bakı Nəqliyyat Agentliyinin daşıyıcı sirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri də avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır. Bildiririk ki, avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları, ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır".

"Məqsəd müntəzəm sənişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması, eləcə də bəzi sərnişinlər tərəfindən ictimai asayişin pozulması, qeyri-etik hərəkətlərə yol verilməsi, habelə oğurluq, xuliqanlıq, cibgirlik hadisələrinin qarşısının alınmasıdır", — Agentlik sözçüsü bildirib.

N. Allahyarovanın dediyinə görə, bunu nəzərə alaraq Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər balanslarında olan və sərnişin daşımalarını yerinə yetirən avtobuslarda kameraların quraşdırılmasını təmin etməlidir: "Tələbi yerinə yetirməyən daşıyıcı fiziki və hüquqi şəxslərə qarşı müvafiq tədbirlər görüləcək".

Əlaqədar

"Şahmat" avtobusunda gəzinti və müdrik oyunla tanışlıq
Azərbaycanda ərəb turistləri daşıyan avtobus qəzaya uğradı
Paytaxtdakı taksi və avtobuslarla bağlı monitorinq aparılacaq
Bakıdan Nabrana gedən avtobus partladı, xəsarət alanlar var
Bakıda kondisionersiz avtobuslar xəttə buraxılmayacaq
"Təhsil avtobusu" Lənkəranda
Teqlər:
kamera, Nuridə Allahyarova, avtobus, sərnişin daşıma, BNA, Bakı Nəqliyyat Agentliyi

Əsas mövzular