18:59 17 Yanvar 2017
Canlı yayım
Bakının Neftçilər prospektində söküntü işləri

Paytaxtın bu hissəsində söküntü başlayıb

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
3411 0 0

Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmiryolu xətti asfalt örtüklə əvəzlənib

BAKI, 6 yan — Sputnik. Paytaxtın Neftçilər prospektində istifadə edilməyən dəmiryol xətlərinin söküntüsü davam edir. Ötən gün dəmiryol xəttinin biri sökülüb, yol asfalt örtüklə üzlənib.

Neftçilər prospektində yeni quraşdırılmış işıqfor
© Sputnik / Irade CELIL
Neftçilər prospektində yeni quraşdırılmış işıqfor

Ərazidə hazırda söküntü-təmir işləri davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin ərazidə söküntü işlərini aparan əməkdaşlarının Sputnik-ə verdikləri məlumata görə, əvvəllər bu ərazidə işıqfor olmaması sürücülər üçün problemlər yaradırmış. Artıq istifadə edilməyən dəmiryolu relsləri söküldüyündən, sürücülərin rahatlığını təmin etmək üçün ərazidə iki işıqfor quraşdırılmasına başlanıb. Sabah isə ikinci istifadə edilməyən yolun söküntüsünə başlanacaq.

Neftçilər prospektində sökülmüş dəmiryol xətti
© Sputnik / Irade CELIL
Neftçilər prospektində sökülmüş dəmiryol xətti

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Sputnik-ə verdiyi məlumata görə, Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmiryolu xətti, prospekt boyunca avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə bu il yanvarın 4-də sökülərək "Azəravtoyol" ASC tərəfindən asfalt örtüklə əvəz edilib: "2017-ci il yanvarın 7-də isə Əhmədli stansiyası istiqamətində Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu sökülərək asfalt örtüklə əvəzlənəcək".

Əlaqədar

Bakıda növbəti söküntünün ünvanı dəmiryol vağzalı ətrafındakı obyektlərdir
Paytaxtda yeni söküntü dalğası başlayır
Teqlər:
rels, asfalt, Neftçilər prospekti, "Azərbaycan Dəmir Yolları" QSC, təmir, dəmiryolu, söküntü, paytaxt

Əsas mövzular