BAKI, 1 dek — Sputnik. "Kriminal avtoritetlər"in maliyyə gücü həmişə öz sirli tərəfləri ilə KİV-in diqqətini cəlb edib. Aydındır ki, "qanuni oğrular" müasir tarixin ən müəmmalı və qapalı fəsillərindən biridir. O da həqiqətdir ki, hazırda əsl "qanuni oğrular"ı, "Forbes" siyahısındakı milyarderlərin xidmətlərindən istifadə etdikləri vəkillər müdafiə edirlər.
Sputnik jurnalist araşdırması nəticəsində Qafqaz "qanuni oğruları"nın iqtisadi qüdrətinə dair həvəskar detalları üzə çıxarıb. Beləliklə, bir sıra "kriminal avtoritetlər" məşhur "Xaç atası" filmində yer alan İtaliya-Amerika mafiyasının ən güclü klanlarından birinin başçısı Don Vito Korleone ilə rəqabət apara bilərdilər, əgər o, yaşasaydı.
Bu ilin oktyabrında Sputnik azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) İtaliyadakı lüks otellərinin çeçen əsilli qanuni oğlu, kriminal aləmdə Şeyx Həmzət kimi tanınan 1975-ci il təvəllüdlü Həmzət Qastəmirovun idarəsi altına keçdiyini yazmışdı.
Xatırladaq ki, Lənkəranskinin bir ayın içində İtaliyanın Pozitano şəhərində "Le Sirenuse" və "Covo dei Saraceni" hotellərini nağd pulla alması İtaliyanın maliyyə polisinin diqqətini cəlb etmişdi. Birinci hotel üçün 52 milyon, ikinci hotel üçünsə 49 milyon avro nağd pul ödənilib.
Hüquq-mühafizə orqanları Canıyevi yaxalaya biliblər, amma kriminal avtoritet otelləri öz adına rəsmiləşdirməyib. "Covo dei Saraceni" oteli Lənkəranskinin möhkəm dostluq etdiyi Şeyx Həmzətin arvadının adına rəsmiləşdirilib. Lənkəranskinin ölümündən sonra Şeyx Həmzət Canıyevin düşmənlərinə qarşı iki türk və bir çeçen mafioz klanının birləşdirilməsinin təşəbbüskarı olub.
"Le Sirenuse" otelini Lənkəranski öz qohumlarından birinin adına rəsmiləşdirib. Lakin bu gün hər iki otel Şeyx Həmzətin mafioz qrupunun ümumi Avropa kassasına tabedir. Bu il çeçenin vəkili "Le Sirenuse" otelini Lənkəranskinin qohumundan almaq üçün məhkəmə qarşısında iddia qaldırıb. Məlumdur ki, italyan polisi Canıyevi ələ keçirəndə o, özünün bütün əsas obyektlərini Qastəmirovun nəzarətinə təhvil vermək məcburiyyətində qalmışdı.
Lakin bunlar gəlirləri mafioz qrupun Avropa kassasına daxil olan bütün obyektlər deyil. Qastəmirovun klanı Avropadakı Rusiya bazarlarına mal vuran topdansatış bazalarına da nəzarət edir. Bundan başqa da Avropada onların nəzarətində olan obyektlər var.
Bununla yanaşı, məlum olub ki, oğru "obşaklar"ın büdcəsi təkcə əsl bankların səhmləri ilə rəqabət aparmır və real olaraq elə bankların büdcələri qədərdir. Oğru dairələrinə yaxın mənbə Sputnik-ə Şeyx Həmzətin nəzarətində olan şirkətlər qrupu haqqında məlumat verib.
Maraqlıdır ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) və Daxili İşlər Nazirliyi bu kriminal avtoritetlə bağlı məlumatlar bazasına əsasən 37 cinayət işi və dosyesi açmayana qədər, KİV çeçen mafiozu fərq etməmişdi.
O, öz karyerasına 1992-ci ildə SSRİ-nin dağılmasından dərhal sonra Arbatdan başlayıb. Onda Kiyev dəmiryol vağzalındakı "Arevik" erməni restoranı bu cəsarətli çeçenin nəzarətinə keçmişdi. Bu gün həmin yerdə Tovuz rayonundan olan oliqarx İlham Rəhimov və Azərbaycan əsilli Qod Nisanovun şərikli işlətdiyi "Avropa" ticarət mərkəzi dayanır.
"Arevik" restoranından dərhal sonra Şeyx Həmzət Köhnə Arbatda, Gürcüstanın Moskvadakı diplomatik nümayəndəliyinin zirzəmidəki yerində yerləşən "Mziuri" gürcü restoranı və gecə klubundan xərac almağa başlayıb.
Burada uğur gənc çeçenin üzünə gülməyə başlayıb və Köhnə Arbatdakı bütün gəlirli obyektlər bir-birinin ardınca onun nəzarətinə keçməyə başlayıb. 1999-ci ildə, Moskva üfiqində Rövşən Lənkəranski peyda olanda Qastəmirov artıq kifayət qədər nüfuz sahibi idi. Lənkəranski Qastəmirovla tez dostlaşdı (onunla 2000-ci ildə birləşdi) və çeçenin dəstəyini özünə cəlb etdi.
Canıyevin başına "qanuni oğru" tacını, 2000-ci ilin əvvəllərində paytaxt regionundakı meyvə bazarlarına və ticarət mərkəzlərinə nəzarət hüququnu əldə etmək uğrunda amansız kriminal müharibə aparmış Mirseymur Abdullayev qoydu. Onda Lənkəranski özü üçün müəyyən etdi ki, özünə məxsus bütün səhmləri Şeyx Həmzətin vasitəsilə Avropaya daşıyacaq. Qastəmirovun yaxın ətrafı bu barədə mümkün qədər az adamın xəbər tutması, onun kölgədə qalması və güclü şəkildə qorunması üçün hər şeyi etdi.
Bu qaydalara Lənkəranski də əməl etdi. Bu taktikada əsas məqsəd çeçen kapitalını qorumaq idi. Çünki, əgər bu barədə hər hansı daha nüfuzlu "yırtıcı azarkeşlər" xəbər tutsaydılar, çeçenlər həmin an hər şeylərini itirə bilərdilər. Bu gün çeçen əsilli Naşxo ailə klanının üzvü olan Qastəmirov "Avropa obşak"ına nəzarət edir.
Sputnik-ə verilən məlumata görə, İnterpolla əməkdaşlıq edən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin axtardığı kriminal avtoritet Şeyx Həmzət təkcə "Avropa obşakı"na nəzarət etmir, həm də Rusiya mafiyasının "xaç atası" Zaxari Kalaşevin (Şakro Molodoy) işlərini idarə edir.
İlk dəfə "Avropa obşakı"nın Şeyx Həmzətin nəzarətinə keçməsi barədə qərar Şakro tərəfindən Ermənistanda keçirilən "sxodka"da verilib.
Avropa təsərrüfatının idarəçiliyinin çeçenə verilməsinə zərurəti Şakro öz həbsindən sonra hiss edib. Məlumdur ki, Şakro bu ilin iyulunda Moskvadakı "Elements" restoranının sahibindən zorla pul tələb etmək ittihamı ilə saxlanılıb.
Şakronun təsərrüfatı balaca deyil — Avropada bukmeyker kontorları, Las-Veqasda kazino, Belçikada almazın cilalanması üzrə zərgərlik evi, Rusiyanın iri neft şirkətlərinin səhmlərində pay və s. və i.
Yeri gəlmişkən, Şeyx Həmzət və Şakro birlikdə Belçika zərgərlik evinin səhmlərinin 50%-nin sahibidirlər. Bunlarla yanaşı, çeçenlər MDB ölkələrindən gedən bütün Avropa zərgərlərini himayə edirlər.
Mənbənin sözlərinə görə, Şeyx Həmzət Las Veqasdakı "Caesars Palace" kazino-otelinin səhmlərinin 35%-nin sahibidir. Bu, dünyanın ən nəhəng otellərindən biri sayılır. Qafqazlı kriminal avtoritetin var-dövləti o qədər böyükdür ki, bu ilin avqustunda onun ailə tədbirində Hollivud ulduzlarından Al Paçino və Robert De Niro, həmçinin məşhur futbol ulduzu Zinəddin Zidan iştirak edib.
Oğru dairələrinə yaxın olan mənbə öz növbəsində Sputnik-ə əvvəllər Rövşən Lənkəranskiyə aid olan və hazırda tamamilə "qanuni oğru" Qastəmirovun nəzarətinə keçmiş alman və holland şirkətlərinin də siyahısını verib: Rainbow International B.V., Staay Food Group Holding, Fruit Company B.V. и Sonnen Frucht GmbH.
Bu, meyvə-tərəvəz topdan satış bazaları öz məhsullarını Rusiya, Belarus və Ukrayna bazarlarına göndərir.
İki il əvvəl Şeyx Həmzət və Rövşən Lənkəranski öz səhmlərini genişləndiriblər — Münhendəki 82 milyon dollar qiyməti olan Sofitel Munich Bayerpost otelini alıblar. Bura maliyyənin 10%-i Canıyev tərəfindən qoyulub. Lakin bu gün həmin otel tamamilə Qastəmirovun tabeçiliyindədir.