20:22 07 Dekabr 2016
Canlı yayım
Rövşən Lənkəranski və Şeyx Hamzat

Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri kriminal aləmi silkələyəcək

© Foto: Из личного архива
HADİSƏ
Qısa URL
940124

Kriminal avtoritetin sahibkarlıq fəaliyyətinin ilginc təfərrüatları üzə çıxdı

BAKI, 19 okt — Sputnik. İlk dəfə 2013-cü ilin sentyabrında İtaliyanın hüquq-mühafizə orqanlarının İnterpol vasitəsilə, Azərbaycandan olan kriminal avtoritet Rövşən Lənkəranskini (Canıyev) axtardığı məlum olub. Canıyev mütəşəkkil cinayətlər, kirli pulların yuyulması və saxta sənədlərin düzəldilməsi ilə əlaqəli olmaqda ittiham edilirdi.

2014-cü ilin fevralında Canıyevin adı beynəlxalq axtarış siyahısından çıxarılıb. Lakin sonra İtaliya yenidən İnterpol xətti ilə azərbaycanlı avtoritet haqqında axtarış elan edib.

Bəs İtaliya polisi 2016-cı ilin 18 avqustunda İstanbulda öldürülən Rövşən Lənkəranskini niyə axtarırdı? Sputnik-in apardığı araşdırma nəticəsində kriminal avtoritetin sahibkarlıq fəaliyyətinin maraqlı təfərrüatları üzə çıxıb.

İtaliyanın maliyyə polisi kriminal avtoritetin izinə irihəcmli nağd satınalmalarla bağlı aparılan araşdırmalardan sonra düşüb. Nağd pula bir ayın içində İtaliyanın Pozitano şəhərində "Le Sirenuse" adlı lüks hotel və "Covo dei Saraceni" adlı başqa bir hotel alınıb. Birinci hotel 52 milyon avroya, ikincisi isə 49 milyon avroya satın alınıb.

Bu barədə Sputnik-ə kriminal dairələrə yaxın etibarlı mənbə məlumat verib. İtaliyanın hüquq-mühafizə orqanları Canıyevə çıxış əldə ediblər. Lakin kriminal avtoritet hotelləri öz adına rəsmiləşdirməyib. "Covo dei Saraceni" hoteli çeçen "qanuni oğru", 1975-ci il təvəllüdlü Həmzət Qastamirovun (Şeyx Həmzət) arvadının adına olub. Qastamirov iki türk və bir çeçen mafioz klanının Canıyevin düşmənlərinin əleyhinə birləşməsinin təşəbbüskarı olub.

"Le Sirenuse" otelini isə Lənkəranski öz qohumlarından birinin adına rəsmiləşdirib. Lakin hər iki hotelə hazırda Şeyx Həmzətin mafioz qrupunun ümumi Avropa kassası nəzarət edir. Bu il çeçenin vəkilləri Canıyevin qohumlarının "Le Sirenuse" otelinə qarşı iddia qaldırıblar.

Məlumdur ki, italyan polisi Canıyevin izinə düşəndə o, bütün iri yatırımlarını Qastamirovun nəzarətinə verib. Öz növbəsində, təkcə İtaliyada onun üç hoteli, bir restoranı və altı kotteci var. Bundan sonra, mafioz klanın bütün iri sərmayələri Hamburq, Münhen və Berlinə yatırılıb.

Lakin bunlar mafioz qrupun Avropa kassasına daxil olan bütün obyektləri deyil. Rusiyanın ən iri meyvə-tərəvəz bazasına Şeyx Həmzətin adamları nəzarət edirlər. Avropada, həmçinin Qastamirovun klanı Rusiya bazarlarına mal tədarük edən topdansatış bazalarına nəzarət edir.

Mənbənin sözlərinə görə, tezliklə kriminal aləm Canıyevin Avropadakı inanılmaz investisiyaları barədə informasiyalarla silkələnəcək.

Bununla yanaşı, məlum olub ki, Qastamirovun klanı təkcə türk bosslar Bülənt Bafralı və Sedat Şahinlə deyil, həm də "İblis" mənasına gələn "Dyabolik" ləqəbi ilə məşhur olan Matteo Messina Denaro və Bernardo Provenzanonun italyan mafioz klanları ilə birləşib. Siciliya mafiyasının başçısı Denaro öz ləqəbini italyan komiklərindən birinin personajlarının şərəfinə qəbul edib.

2006-cı ilin aprelində Provenzanonun həbsindən sonra Denaro "Koza Nostra"nın liderlərindən biri olub. "Forbes" jurnalının məlumatına görə, Denaro dünyanın ən çox axtarılan 10 cinayətkarının siyahısında 6-cı yeri tutur.

Əlaqədar

Rövşən Lənkəranskinin öldürülməsinin şok təfərrüatları
Lənkəranski son mənzilə belə yola salındı
Rövşən Lənkəranski torpağa tapşırıldı
Lənkəranskinin cənazəsinin izdihamlı qarşılanma mərasiminin görüntüləri
Rövşən Lənkəranskinin cənazəsi Lənkərana gətirildi
İstanbul Ədliyyəsindən Rövşən Lənkəranski ilə bağlı şok qərar
Rövşən Lənkəranski ilə bağlı son xəbər: Tibb bacısı Sputnik-ə danışdı
Rövşən Lənkəranski sağdır
Teqlər:
kirli pul, mütəşəkkil cinayət, Rövşən Canıyev, Rövşən Lənkəranski, "kriminal avtoritet", İtaliya

Əsas mövzular